TUR HAQQINDA ƏTRAFLI MƏLUMAT
Bəs o əjdahadan bizdə niyə yoxdur deyənlərə. Həmin əjdahalar artıq bizdə də var
Uçmağı, adrenalini, həyəcanı sevənlər, cəsarəti çatanlar və çatmayanlar, unudulmaz xatirə yaşamaq istəyənlər, dostlarının, rəfiqələrinin, iş yoldaşlarının yanında danışanmağa mövzu axtaranlar. Yığışın gedirik uçmağa
✅Qiymətə daxildir:
•Komfortlu Nəqliyyat
•Tur Rəhbəri
•Peşəkar Paraşüt pilotu
•Sendviç və meyvə şirəsi (250ml -- 1nəfər üçün)
Hamının videolarına həsrətlə baxıb kaş bizdə də olaydı da biz də gedərdik deməyə ehtiyac yoxdur. Artıq bizdə də var.
Yamac paraşütü turumuza qatılaraq sizə unuda bilməyəcəyiniz istirahət proqramı hazırladıq.
*Bu tura kimlər qatıla bilər:*
Özünə güvənən, mənlikdir deyən hamı, ancaq ...
Təzyiqdən əziyyət çəkənlər, ürəktutması olan, panik atakdan əziyyət çəkənlər, qaçmağı bacarmayanlar, çəkisi 80 kq - dan çox olan qadınlar və 100 kq -dan çox olan kişilər xaric.
Tura qatılmamışdan öncə ağır qidalar qəbul etmək, yumurta yemək, kofe içmək olmaz. Yüngül səhər yeməyi olar.
*Turun proqramı:*
07:30 - Toplanış (1gün öncədən məlumat veriləcək)
08:00 - Bakıdan yola düşürük
09:30 - Beşbarmaq dağına çatırıq (30 dəqiqə məlumatlandırma)
10:00 - 14:00 - Uçuruq
14:00 - 15:00 - Gəlmişkən Beşbarmaq dağına da çıxaq
- Qəşşşəng" samovar çayı içirik və doğma Bakımıza geri qayıdırıq
- Başlanğıc nöqtəsinə çatırıq və bir növbəti turumuzda yenidən görüşmək üzrə sağollaşırıq
Uçuş müddəti: hava şəraitindən asılı olaraq 30 dəqiqə - 1 saat
Hava şəraitindən asılı olaraq turun tarixi dəyişdirilə bilər. Bunun üçün sizə 2-3 gün öncədən məlumat veriləcək.
*Bu turda nə qazanacaqsınız?*
- Uşaqlıqdan xəyalında olduğunuz uçmaq arzunuzun reallaşması
- Unudulmaz təcrübə
- Yeni insanlarla tanışlıq
- Professional videoçəkiliş ( paraşütnən uçan zaman )